Gənc futbolçusundan “Barselona” ilə bağlı etiraf
“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, bütün karyerasını Kataloniya klubunda keçirmək istədiyini etiraf edib:
“Karyeramı “Barselona”da başa vurub təqaüdə çıxmaq istəyirəm. Bu mənim arzumdur, “Barsa” mənim sevdiyim klubdur”.
21 yaşlı Kasadonun müqaviləsi 2028-ci ilin yayına kimidir. Mark artıq 40 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
