İspaniya

“Barselona”nın Reşfordla bağlı şübhələrinin səbəbi məlum oldu

“Barselona”nın “Mançester Yunayted”dən icarəyə götürdüyü hücumçu Markus Reşfordun transferi ilə bağlı yeni məlumatlar yayılıb.

Aut.az xəbər verir ki, “Mundo Deportivo”nun bildirdiyinə görə, Kataloniya klubu futbolçunun birdəfəlik transferi ilə bağlı hələ yekun qərar verməyib. Bildirilir ki, məsələ 30 milyon avroluq transfer məbləği deyil, əsas problem oyunçunun maaşıdır.

Reşfordun yüksək əməkhaqqının “Barsa”nın maaş büdcəsinə ciddi təsir göstərəcəyi vurğulanır. Klub isə artıq bir neçə ildir maliyyə məhdudiyyətləri ilə üzləşir. Bu səbəbdən rəhbərlik futbolçunun mövsümü hansı formada başa vuracağını izləmək niyyətindədir.

Qeyd edək ki, Markus Reşford qış transfer pəncərəsində icarə əsasında “Barselona”ya keçib. 28 yaşlı hücumçu bu müddət ərzində bütün turnirlərdə 38 oyunda 10 qol vurub və 13 məhsuldar ötürmə edib.