İspaniya

Nadal “Real”ın durumundan danışdı: Ev bir gündə tikilmir

Ötən il karyerasını başa vuran əfsanəvi tennisçi Rafael Nadal “Real”dakı vəziyyət və baş məşqçi Xabi Alonsonun işi ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, “Madrid Universal” Nadalın sözlərini sitat gətirib:

“Real”? Alonso hazırda liqada birincidir və Çempionlar Liqasında imtiyazlı mövqedədir. Düşünmürəm ki, hazırda klubda kimsə onun yerində olmaqdan imtina etsin. Bu, yeni layihədir və komandanın öyrənməli olduğu çox şey var. Ev bir gündə tikilmir”.

Xatırladaq ki, Madrid klubu keçirdiyi son üç oyunda qələbə qazana bilməyib. “Real Madrid” Çempionlar Liqasında “Liverpul”a 0:1 hesabı ilə uduzub və İspaniya liqasında da iki dəfə heç-heçə edib: “Rayo Valyekano” ilə 0:0 və “Elçe” ilə 2:2.

Aut.az