İspaniya

Dərd batmanla gəlir: “Real”a daha bir bəd xəbər

“Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Junior dünya çempionatının seçmə mərhələsində Kolumbiya ilə oyunda (1:2) zədələnib.

Aut.az xəbər verir ki, oyuna start heyətində başlayan Vinisius Junior 27-ci dəqiqədə əvəzlənib. Hücumçu fasilə zamanı dizinə buz bağlayaraq paltardəyişmə otağına yollanıb.

Daha əvvəl “Real”ın digər futbolçusu Eduardo Kamavinqa Fransa millisində olarkən zədələnib. Diz burxulması səbəbindən fransız futbolçu iki ay yaşıl meydanlardan kənarda qalacaq.

Aut.az