İspaniya

Alonso “Real”da ilk məşqə çıxdı

Xabi Alonso “Real Madrid”də ilk məşqini keçirib.

Aut.az xəbər verir ki, Madrid klubunun futbolçuları klublararası dünya çempionatına hazırlığa başlayıb.

Eder Militao, Tibo Kurtua, Daniel Karvaxal, David Alaba və Brahim Dias ümumi qrupa qayıdıblar.

Antonio Rüdiger, Ferland Mendi, Hendrik və Eduardo Kamavinqa zədələrini sağaltmaqda davam edir. Əvvəllər bel nahiyəsində problem aşkarlanan Federiko Valverde idman zalında işləyir.

“Real Madrid” klublararası dünya çempionatının qrup mərhələsində iyunun 18-də ilk oyunda “Əl-Hilal”la qarşılaşacaq.

Alonso “Real”da ilk məşqə çıxdı

Aut.az