“Real”ın sabiq ulduzu “fətva” verdi: Mətbuatın ona yazığı gəlməyəcək
“Real Madrid”in keçmiş futbolçusu Stiv Makmanaman Madrid komandasının ulduzu Kilian Mbappenin oyunundan narazıdır.
“Vəziyyət çətin görünəndə “Real”a lazım idi ki, o, lider olsun. Komanda Vinisiusu itirdi və zədə səbəbindən bir çox oyunçusu yoxdur. Bu dəqiqə hamı Kiliandan inamlı oyun gözləyirdi. Çempionlar Liqası matçında etdiyi şey çox zəif görünürdü.
Bu, komanda lideri olmaq üçün ən yaxşı an idi. Kilian bir addım irəli atmalı idi, amma atmadı. Madrid çətin günlər yaşayır və onun ulduz futbolçuları pis formadadır. İspan mətbuatının Mbappeyə yazığı gəlməyəcək”, Makmanaman əminliklə bildirib.
Aut.az
