İspaniya

“Barselona” hələ də sabiq ulduzlarına pul ödəyir: Onlar kimlərdir?

“Barselona” klubun keçmiş futbolçuları və hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi, Serxio Buskets və Xordi Albaya pul ödəməyə davam edir.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Hər üçünün komadadan ayrılmasından uzun müddət keçməsinə baxmayaraq, kataloniyalılar hələ də maaş borcunu ödəyir. Söhbət koronavirus pandemiyası zamanı təxirə salınmış ödənişlərdən gedir.

Qeyd olunur ki, “Barsa” onlara olan borcunu bu mövsüm tam ödəyəcək.

Borcların ümumi məbləği 2020/21 maliyyə ili üçün hesablara daxil edilib. “Barselona” həmin vaxt 481 milyon avro itki ilə üzləşib.

Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılıb. La Liqa qaydaları onun argentinalı ilə yeni müqavilə imzalamasına imkan verməyib. Buskets və Alba isə 2022/23 mövsümünün sonunda komandanı tərk edib.

Aut.az