İspaniya

Arda Alonsonun ona münasibətindən danışdı: Nə dəyişib?

“Real”ın yarımmüdafiəçisi Arda Gülər Xabi Alonsonun gəlişindən sonra vəziyyətindən danışıb.

Aut.az xəbər verir ki, türkiyəli futbolçu komandadakı rolunun dəyişdiyini bildirib:

“Xabi Alonsonun gəlişindən sonra özümü ‘Real’ üçün daha vacib bir futbolçu kimi hiss edirəm. O, məni yarımmüdafiəçi kimi görür və bu, mənim üçün daha yaxşıdır. Hazırda heç bir halda ayrılmağı düşünmürəm. Fikrim tam olaraq “Real”a yönəlib”.

Qeyd edək ki, 20 yaşlı türkiyəli futbolçu ötən mövsüm 45 oyuna çıxıb, 5 qol vurub və 9 qolun ötürməsini verib.