İspaniya

Flik bu mükafatı qazana biləcək?

La Liqanın mətbuat xidməti ayın məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.

Aut.az xəbər verir ki, avqustun nəticələrinə əsasən, mükafat uğrunda üç mütəxəssis mübarizə aparır. Bunlar Hans-Diter Flik (Barselona), Luis Qarsiya Plaza (Alaves) və Marselinodur (Vilyarreal).

“Barsa” avqustda keçirdiyi 4 oyunun hamısında qalib gəlib. Yayın son ayında 3 oyun keçirən “Alaves”in aktivində 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. “Vilyarreal” isə 2 dəfə qalib gəlib və eyni sayda heç-heçə edib.

Qeyd edək ki, qalib azarkeşlərin sorğusuna və ekspertlərin rəyinə əsasən müəyyənləşəcək.

Aut.az