İspaniya

Avro-2024 zamanı təhsildən qalmayacaq, onlayn qoşulacaq

“Barselona”nın və İspaniya millisinin 16 yaşlı hücumçusu Lamin Yamal Avropa çempionatı zamanı təhsilini davam etdirəcəyini bildirib.

Aut.az xəbər verir ki, Yamal bu barədə AS nəşrinə danışıb. “Avropa çempionatının oyunlarını anamın yanında divanda uzanaraq izləyirdim.

Biz gəzməyə yox, tarix yazmağa gəlmişik. Ümid edirəm ki, Avro-2024-də uzağa gedəcəyik, ona görə də Olimpiadaya televizorda baxacam.

4-cü kursda oxuyuram (icbari təhsilin sonuncu kursu – red.) ev tapşırığını özümlə gətirmişəm. Mən onlayn dərslər alıram və yaxşı işləyirəm. Ümid edirəm ki, müəllim məni axtarmır”, – deyə Yamal bildirib.

Aut.az