Messinin futbola təsiri – Vilya deyir ki…
“Barselona” və İspaniya millisinin sabiq hücumçusu David Vilya keçmiş komanda yoldaşı Lionel Messi haqqında fikirlərini bildirib.
İspaniya millisinin tarixində ən çox qol vuran futbolçu 2010-cu ildən 2013-cü ilə qədər “Barsa”nın şərəfini qoruyub və argentinalı ilə yolları kəsişib.
Aut.az xəbər verir ki, “Barca Universal” Vilyanın sözlərini sitat gətirib:
“Messinin futbola və ümumiyyətlə idmana təsiri danılmazdır. Mən “Barselona”da 49 qol vurdum – demək olar ki, hamısı Leonun ötürmələrindən sonra oldu. Onun kimi oyunçu görməmişəm. Messi ən yaxşıdır”.
Aut.az
