Peres azarkeşlərin istefa tələbinə belə reaksiya verdi
“Real”ın prezidenti Florentino Peresin azarkeşlərin istefa şüarlarına reaksiyası məlum olub.
Aut.az xəbər verir ki, La Liqada “Levante”yə qarşı keçirilən oyun zamanı “kral klubu”nun fanatları prezidentindən postunu tərk etməsini tələb ediblər.
“Madrid Zone”un məlumatına görə, “Santyaqo Bernabeu”dakı narazılıq Peresi ciddi şəkildə narahat etməyib. O, tribunada olarkən gülümsəyərək “Bu, mənim haqqımdadır?”, – deyə söyləyib.
“Real” ikinci hissədə Kilian Mbappe və Raul Asensionun vurduğu qollar sayəsində “Levante” üzərində 2:0 hesablı qələbə qazanıb. Bu, həftənin əvvəlində istefaya göndərilən Xabi Alonsonu əvəz edən yeni baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında komandanın ikinci oyunu olub.
Aut.az
