Çempionlar Liqasıİspaniya

UEFA “Barselona”nın şikayətinə cavab verdi

UEFA “Barselona”nın hakimliklə bağlı şikayətini əsassız hesab edib.

Aut.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, İspaniya klubu aprelin 8-də “Atletiko” ilə keçirilən UEFA Çempionlar Liqası 1/4 finalın ilk oyunu (0:2) ilə bağlı rəsmi etiraz təqdim edib. Lakin UEFA-nın Nəzarət, Etika və İntizam orqanı bu şikayəti qəbul edilməz sayıb.

Xatırladaq ki, həmin oyunda “Barselona” ikinci hissənin böyük hissəsini azlıqda keçirib. Pau Kubarsi qırmızı vərəqə alaraq meydandan qovulub.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik oyundan sonra hakimlik qərarlarından narazılığını bildirib və klubun şikayət verməsini istədiyini qeyd edib.

Aut.az