Çempionlar Liqası

Azərbaycanlı FİFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb

Futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

Aut.az AFFA-nın saytına istinadən xəbər verir ki, Əmiraslanov futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Albaniyanın “Tirana Futsal”, Bosniya və Herseqovinanın KMF “Radnik Bijeljina”, Uelsin “Cefn Druids” və Şimali İrlandiyanın “Sparta Belfast” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 26-dək Albaniyada təşkil olunacaq.