Səudiyyə Ərəbistanı Qran Prisi bu tarixdə keçirilə bilər
Keçmiş Formula 1 pilotu Robert Doornbos bildirib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən aprel ayında ləğv edilən Səudiyyə Ərəbistanı Qran Prisi 6 dekabrda keçirilə bilər .
Aut.az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərinə görə, təşkilatçılar Əbu-Dabi Qran-Prisini bir həftə (6 dekabrdan 13 dekabra qədər) təxirə sala və həmin vaxta Ciddəni əlavə edə bilərlər. Bu halda, mövsüm ardıcıl dörd yarışla başa çatacaq: Las-Veqas, Qətər, Ciddə və Əbu-Dabi.
“Ziggo Sport” Dornbosdan sitat gətirib:
“Başqa bir şey eşitdim. Bilirik ki, “Aramco” Formula 1-in sponsorudur. Onlar Ciddə raundunu fəal şəkildə təbliğ edirlər, çünki bu, onların əsas yarışıdır. Ciddə bu il yenə də təqvimə qayıda bilər. İndi deyirlər ki, Əbu-Dabi bir həftə geri çəkiləcək və Ciddənin bu aralığa yerləşdiriləcək. Təqvimdəki hər hansı bir dəyişikliyin təsdiqlənməsi üçün çox güman ki, bir müddət vaxt lazım olacaq”.
Bəhreyn və Səudiyyə Ərəbistanı raundları İrandakı hərbi münaqişə səbəbindən ləğv edilib. FIA və “Liberty Media”nın rəsmi açıqlamasında yarışların “aprel ayında keçirilməyəcəyi” bildirilsə də, onların təxirə salınma ehtimalı istisna edilməyib.
Aut.az
