“Real”ın sabiq ulduzu Vinisiusu tənqid etdi: Bu, həddindən artıq qıcıqlandırır
“Real”ın niderlandlı keçmiş futbolçusu Rafael van der Vaart Madrid klubunun vingeri Vinisius Junioru sərt tənqid edib.
Aut.az xəbər verir ki, onun sözlərinə görə, braziliyalı futbolçu tez-tez simulyasiya edir. Hu hal xüsusilə UEFA Çempionlar Liqasının 1/4 finalında Bavariyaya qarşı keçirilən son oyunda (1:2) açıq şəkildə görünüb:
“Bu, çox təəssüf doğurur, çünki o, həqiqətən çox yaxşı oyunçudur. Əslində bu barədə danışmaq istəməzdim, amma bu, həddindən artıq qıcıqlandırır. Kiçik bir toxunuşdan sonra yerə yıxılır, sonra qalxıb qırmızı vərəqə tələb edir”.
Cari mövsümdə Vinisius bütün turnirlərdə 45 oyuna çıxıb, 17 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
