İspaniya

Ançelotti Braziliya haqda: Daha bu barədə…  

Karlo Ançelotti Braziliya millisinin baş məşqçi postuna mümkün təyinatı haqda danışıb.

Bundan əvvəl italiyalı mütəxəssisin Amerika Kuboku-2024-dən sonra Braziliya millisinə rəhbərlik edəcəyi bildirilirdi.

“Braziliya millisi haqda danışmayacağam. Mən “Real”ın baş məşqçisiyəm və burada qalacağam. Daha bu barədə danışmayacağam.

Mənim müqaviləm var və ona sadiqəm. Gəlin görək gələn il nə olacaq”, – Ançelotti deyib.