Kişilərin bacarmadığını qadınlar etdi
Qadınların komanda yarışında “Barselona” İspaniya çempionu olub.
Aut.az xəbər verir ki, Mayın 4-də kişilərdən ibarət “Barselona” “Jirona”ya uduzaraq (2:4) çempionluq üçün nəzəri şanslarını itirdi, lakin zəriflərdən ibarət Kataloniya klubu “Qranada”nı məğlub edib (4:1) və izləyiciləri üçün əlçatmaz olub.
İkinci pillədə qərarlaşan “Real” çempionata 5 matç qalmış “Barselona”dan 15 xal geri qalır. Madrid komandası xalları bərabərləşsə də, turnir cədvəlinə başçılıq edə bilməyəcək. Çünki “Barsa”nın şəxsi matçlarda üstünlüyü var. Bu, çempionatına reqlamentinə uyğundur.
Qeyd edək ki, bu, “Barselona”nın qadınlardan ibarət komandasının ardıcıl beşinci çempionluğudur.
