Makron da işə qarışdı
Fransa prezidenti Emmanuel Makron bir daha Kilian Mbappeni PSJ ilə müqaviləsini uzatmağa çağırıb.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “El Debate” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Makron Mbappenin ən azı 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya qədər PSJ-də qalmasını istəyir.
Eyni zamanda, mənbənin məlumatına görə, PSJ Mbappeyə gələn yay 200 milyon avroluq sərbəst buraxılma maddəsi ilə 2025-ci ilə qədər müqavilə təklif edir.
Mbappe özü klubu dəyişməyə meyllidir. Onun müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Aut.az
