Rəqibin ayağını sındırdı, ağladı – VİDEO
“Real”ın sabiq, “Fluminense”nin hazırkı üzvü Marselo xoşagəlməz hadisə ilə üzləşib.
Aut.az xəbər verir ki, o, Libertadores kubokunun 1/8 finalında “Argentinos Juniors”la keçirilən matçda (1:1) rəqib futbolçusunun ayağını qırıb. Baziliyalı müdafiəçi ehtiyatsızlıqdan Lusiano Sançesin ayağını sındırıb.
Qırmızı vərəqə alan “Real”ın sabiq futbolçusu meydanı göz yaşları içində tərk edib.
