Argentina Yamala qarşı plan hazırlayır
Mart ayının sonunda İspaniya və Argentina milli komandaları Finalissimada hazırkı Avropa və Amerika çempionları kimi kubok uğrunda mübarizə aparacaqlar.
Matça bir aydan çox vaxt qaldığı üçün komandaların məşqçiləri artıq hazırlıq işləri aparırlar.
Aut.az “DSports Radio”ya istinadən xəbər verir ki, argentinalılar cinah hücumçusu Lamin Yamalı necə saxlamağı düşünürlər. Plana əsasən, hücumçuları zərəsizləşdirməkdə mahir olan müdafiəçi Nikolas Talyafikonun Yamala qarşı oynaması nəzərdə tutulub.
Bundan əlavə, Lionel Skaloni fiziki cəhətdən güclü yarımmüdafiə xətti qurmaq niyyətindədir. Argentinalılar Laminin meydanda iki rəqiblə qarşılaşmasını istəyirlər.
İspaniya və Argentina milliləri arasında oyun martın 27-də keçiriləcək.
Aut.az
