Sensasion açıqlama: “Barsa” son iş yeri olacaq
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik bildirib ki, Kataloniya klubu onun məşqçilik karyerasında sonuncu olacaq.
Daha əvvəl klub prezidenti Joan Laporta almanla müqavilənin tezliklə uzadılacağını açıqlamışdı.
Aut.az xəbər verir ki, “Marca” qəzeti Flikin sözlərini sitat gətirib:
“Əlbəttə ki, burada işləməyi sevirəm, amma eyni zamanda müstəqilliyimə də dəyər verirəm. Böyük bir ailəm və çoxlu dəstəyim var. Bu, futboldur və komandaya sahib olduğum hər şeyi verməyə çalışıram… amma görəcəyik. Vaxt var. Başqa yerə getmək barədə düşünmürəm. Bura mənim son iş yerim olacaq və bu, məni xoşbəxt edir.
İndi müqavilənin uzadılması barədə danışmağın vaxtı deyil. Qarşıda klub və gələcəyimiz üçün vacib bir oyunumuz var (Çempionlar Liqasının 1/8 finalının “Nyukas”la cavab oyunu). Burada çox xoşbəxtəm, amma ailəmlə danışmalıyam. Müzakirə üçün hələ vaxt var” .
61 yaşlı Flik 2024-cü ilin yayından “Barselona”nı idarə edir. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Aut.az
