UFC-nin ulduzu sıradan çıxıb: Bu il döyüşməyəcək
UFC döyüşçüsü Maks Hollouey zədəsi səbəbilə təxminən beş ay müddətində çıxış etməyəcəyini və ilin sonuna qədər döyüşməyəcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə 33 yaşlı amerikalı idmançı öz YouTube kanalında danışıb:
“Sonra nə olacaq? Titu döyüşü alsam, əla olar. Amma ilin sonuna qədər yenidən döyüşəcəyimi gözləyirsinizsə, yəqin ki, bu baş verməyəcək. Bu həftə mütəxəssislə görüşməliyəm, amma vəziyyət heç də yaxşı görünmür. Əl zədəsi məni geri saldı”.
Qeyd edək ki, Hollouey iyul 21-də keçirilən UFC-318 turnirində Dastin Porye üzərində yekdilliklə (49-46, 48-47, 49-46) qələbə qazanıb. Onun karyerasında 27 qələbə və 8 məğlubiyyət var.
Aut.az
