Həbib onları tarixi görüşə belə hazırlaşdırır – VİDEO
UFC əfsanəsi Həbib Nurməhəmmədov tələbələri İslam Maxaçev və Ömər Nurməhəmmədovu döyüşlərə necə hazırladığını göstərib.
Aut.az xəbər verir ki, Həbib Maxaçev və Ömərin məşqindən video yayımlayıb. “Komandamız üçün tarixi hadisədən bir ay əvvəl”, – deyə Nurməhəmmədov videoya şərh yazıb.
Yanvarın 19-da İslam Maxaçev yüngül çəkidə UFC çempionu titulu uğrunda rusiyalı Arman Tsarukyanla, Ömər Nurməhəmmədov isə ağır çəkidə UFC çempionluq kəməri uğrunda gürcü Merab Dvalişvili ilə döyüşəcək.
Aut.az
