Qaydasız döyüş

Planetin ən pis adamıdır: Bütün zamanların ən qorxulu döyüşçüsüdür

UFC-nin prezidenti Dana Uayt yüngül çəkidə keçmiş və ağır çəkidə hazırkı çempion Con Consa (27-1) heyran olduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, funksioner keçmiş ağır çəki çempionu Frensis Nqannunun (17-3) onunla döyüşmək istəmədiyini vurğulayıb:

“O, Kiril Qanı asanlıqla məğlub etdi.  Frensisə də eyni şeyi edəcəkdi. Mən buna əminəm. Frensis Con Consla döyüşmək istəmirdi. O, bütün zamanların ən qorxulu və cəsur döyüşçüsüdür. Onun oktaqondan kənarda problemləri var. Həyat tərzi və dünyanın ən yaxşı döyüşçüləri ilə necə davranması barədə düşünəndə bu daha təsirli olur.

Con Cons yalnız idmandan getdikdən sonra həqiqətən qiymətləndiriləcək döyüşçülərdən biridir. Amma indi sizə deyirəm: planetin ən pis adamının kim olması haqqında danışırsızsa, bu, Con Consdur”.

Qeyd edək ki, məşq zamanı Consun döş əzələsi yırtılıb Bu səbəbdən o, UFC 295-də Stip Myoçiç (20-4) ilə titul döyüşündən kənarlaşdırılıb. Zədənin Consu 8 ay yaşıl oktaqonlardan kənarda saxlayacağı gözlənilir.

Aut.az