Çəki salmaq üçün bədənindəki bütün tükləri qırxıb, yarım litr qan verib
MMA liqasının ACA döyüşçüsü Mansur Xatuyev Qazaxıstanda keçirilən turnirdən əvvəl çəkisini nizamlamaq üçün sərt qərarlar verib.
Aut.az xəbər verir ki, “MMA Bulletin” məlumatına görə, Xatuyev bədənindəki bütün tükləri qırxıb və damarından yarım litr qan axıdıb.
Xatuyev nəticədə 62,2 kq çəkiyə düşüb və standarta cavab verib.
Xatuyev bu gün, iyulun 17-də ACA 205 turnirində German Barseqyanla döyüşəcək.
Aut.az
