300-cü turnirin vaxtı açıqlandı
UFC-nin 300-cü yubiley turniri gəlin ilin aprelin 13-də baş tutacaq.
Aut.az xəbər verir ki, turnir Las-Veqasda (ABŞ) “T-Mobile Arena”da keçiriləcək. Hazırda UFC 300 üçün rəsmi elan edilmiş döyüşlər yoxdur.
Xatırladaq ki, UFC 296 turniri dekabrın 17-də Las-Veqasda (ABŞ) baş tutacaq. Növbəti tədbir UFC 297 yanvarın 20-də Torontoda (Kanada) keçiriləcək. UFC 298 fevralın 17-də Anaheymdə (ABŞ), UFC 299 isə martın 9-da Mayamidə (ABŞ) təşkil olunacaq.
