Qaydasız döyüş

Titul qazanmaq şansı var: Azərbaycanlıya qalib gələn döyüşçünün

UFC prezidenti Deyn Uayt UFC-nin yüngül çəki dərəcələrində yer alan idmançılarından biri Castin Qetjinin UFC 313 turnirinin əsas yarışına çevrilən revanş döyüşündə Rafael Fiziyev üzərində qələbəsini şərh edib.

Aut.az xəbər verir ki, Uayt Qetjinin tezliklə titul uğrunda döyüşmək şansının yüksək olduğunu qeyd edib.

“Championship Rounds” sosial media səhifəsində Uaytdan sitat gətirib: “O, hələ də dünyada üçüncü yerdədir, ona görə də onun titul qazanmaq şansı olduqca yaxşıdır”.

Martın 8-dən 9-na keçən gecə Las-Veqasda UFC 313 turniri baş tutub.

Xatırladaq ki, yüngül çəkidə hazırkı UFC çempionu rusiyalı İslam Maxaçevdir.

Aut.az