İtaliya

“Başqalarından fərqli olaraq, biz öz gücümüzün fərqindəyik”

“İnter”in idman direktoru Piero Ausilio açıqlama verib.

Aut.az xəbər verir ki, cari mövsümdə Milan klubunun İtaliya çempionatındakı ambisiyaları barədə danışıb.

“Başqalarından fərqli olaraq, biz öz gücümüzün fərqindəyik, lakin təvazökar olmaq istəyirik. İlk dördlüyə düşmək üçün mübarizə apardığımızı desək, bu, doğru olmazdı. Qarşımıza daha yüksək hədəflər qoyacaq keyfiyyətlərə sahibik. “Yuventus”, “Milan” və “Napoli” də mövsümə yalnız ilk dördlüyə düşmək məqsədi ilə başlamadılar” – deyə Ausilio X sosial şəbəkəsində (keçmiş “Twitter”) paylaşım edib.

Xatırladaq ki, İtaliya çempionatının 15 turundan sonra “inter” 38 xal toplayıb və hazırda birinci yeri tutur. Milan təmsilçisinin ən yaxın izləyicisi 37 xal toplayan “Yuventus”dur.