“Yunayted”in əfsanəsi: Ümid edirəm ki, Runi mənim səviyyəmə düşməyəcək
Bir sıra Premyer Liqa klublarının keçmiş hücumçusu, eyni zamanda “Mançester Yunayted”də də çıxış etmiş Duayt York (1998-2002) Ueyn Runinin karyerasının gələcək inkişafı perspektivindən danışıb.
Aut.az xəbər verir ki, “Mançester Yunayted” sabiq ulduzu futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi çalışır, lakin onun rəhbərlik etdiyi komandalar hələ də yaxşı nəticələr əldə etməyib və Yeni il öncəsi o, “Plimut”dan qovulub.
Yorkun özü hazırda 1989-2009-cu illərdə oynadığı Trinidad və Tobaqo millisini çalışdırır.
“Mən Runini məşqçilər korpusuma dəvət etməyi düşünmüşəmmi? Xeyr, yox, qərargah artıq formalaşıb – və ən əsası, əminəm ki, Runi mənim səviyyəmə düşməyəcək. Vəziyyətimizdən razıyam, Runiyə gəlincə, ona ancaq uğurlar arzulaya bilərəm. Onun iş təkliflərinin az olacağını düşünmürəm. Onun üçün yaxşı olacaq”, – Yorkun sözlərini “Goal” sitat gətirib.
Aut.az
