Ona görə böyük məbləğ ödəməyə hazırdırlar
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi “Mançester Siti”yə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. “Şəhərlilər” komandadan ayrılaraq “Bayern”ə keçəcəyi gözlənilən sağ cinah müdafiəçisi Kayl Uokeri əvəz edəcək futbolçu axtarır.
Qeyd edilir ki, Hakiminin parislilərlə müqaviləsi 2026-cı il iyunun 30-na kimi qüvvədədir. Ona görə də “Siti” Hakimiyə görə böyük məbləğdə vəsait ödəyəcək. Klubda hesab edirlər ki, Hakimi baş məşqçi Xosep Qvardiolanın oyun sxeminə mükəmməl uyğunlaşa bilər.
Aut.az
