Ançelotti ilə bağlı işarə verdi: Bir yerdə işləyəcəyik
PSJ-nin braziliyalı hücumçusu Neymar Karlo Ançelottinin Braziliya millisinin baş məşqçi postuna təyin olunması ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
“Bizim əcnəbi məşqçi ilə işləmək imkanımız olacaq. Ançelotti hər şeyi qazandı və əminəm ki, o, bizə çox şey öyrədəcək”, – Neymar bildirib.
63 yaşlı Ançelottinin 2024-cü ilin yayında Braziliya millisini çalışdıracağı bildirilir.
Aut.az
