Voleybol

Rusiya və Belarus dünya reytinq cədvəlindən çıxarıldı

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) İnzibati Şurası Rusiya və Belarusun dünya reytinq cədvəlindən çıxarılması barədə qərar qəbul edib.

Xatırladaq ki, FIVB İnzibati Şurasının 2022-ci il oktyabr qərarı ilə onların reytinq xalları dondurulmuşdur.

Bildirilir ki, hər iki ölkənin sanksiyalar altında qalması barədə qərar qəbul edilib – onlar bütün turnirlərdə iştirakdan məhrum ediliblər. Rusiya Federasiyasının və Belarus Respublikasının bütün nümayəndələri, FIVB Şurasının xüsusi əmrinə qədər, voleybol, çimərlik voleybolu və qar voleybolu üzrə bütün beynəlxalq və qitə yarışlarında iştirak etmək hüququna malik deyillər.

Aut.az