Dünya futbolu

Elə bil, qazax yox, azərbaycanlı futbolçulara deyib: Aranızda cəsarətli biri olmadı ki…

MMA döyüşçüsü Kuat Xamitov Qazaxıstan yığmasının futbolçularına müraciət edib.

Aut.az xəbər verir ki, Xamitov futbolçuları regionlarda bərbad infrastruktur haqda danışmamaqda ittiham edib.

“Uşaqlar, mənim sizə müraciətim var. 2016-17-ci ildən futbol mövzusunu gündəmə gətirirəm. Doğrudanmı bütün bu müddət ərzində aranızda bir nəfər də olsun kişi olmayıb? Bütün futbol ictimaiyyətindən. Siz kənddən gəlibsiniz. Görmürsünüz ki, kəndlərdə yol yoxdur, dərman yoxdur, xəstəxanalar yoxdur, təcili yardım maşınları, iş yoxdur, gənclər nə edəcəklərini bilmirlər.

Gözləyirdim ki, aranızdan bir nəfər futbolçu çıxıb desin: “Uşaqlar, gəlin xalqdan pul almağı dayandıraq. 30 ildir 1,5 milyard pul xərclənib, heç bir nəticəmiz yoxdur, turnirlərdə qalibiyyətimiz yoxdur, ölkəyə medal gətirmirik, dünya reytinqində 100-cü yerdəyik, gəlin öz doğma xalqımızı soymağa son qoyaq. Bu, korrupsiyanın bir növüdür. Gəlin insanların puluna toxunmayaq, sponsor tapaq, özümüz də birtəhər nəticə göstərək”. Mən gözləyirdim ki, onların arasından bir kişi  çıxsın”, – Xamitov sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Aut.az