“Aleksandriya”nın sabiq yarımmüdafiəçisi Emil Mustafayev Ukrayna Premyer Liqasına yeni gələn “Polesie”yə keçib.
Aut.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. Lakin Jitomir klubu hələ ki, Azərbaycanın gənclərdən ibarət komandasının oyunçusu ilə müqavilə imzaladığını açıqlamayıb.
“Klubla müqaviləm başa çatdı və yeni müqavilə ilə bağlı razılığa gələ bilmədik. Maliyyə məsələsində razılaşa bilmədik. Buna görə də “Aleksandriya” ilə yolları ayırdım. Ruslan Rotan mənim qalmağımı istədi. Hətta müqavilənin sonunda mənə zəng edib bu haqda danışdı. Cavab verdim ki, klubla razılaşsam qalacam. Təbii ki, onun rəhbərliyi altında oynamağa davam etmək istərdim. Amma klubla razılaşa bilmədik və mən fərqli seçim etməli oldum.
Niyə “Polesie” Jitomir? Bu, çox maraqlı klubdur. Onların yaxşı şəraiti var. “Polesie” məni öz sıralarında görmək arzusunu xüsusi olaraq bildirən yeganə klub oldu. Yaxşı şərtlər təklif etdilər, agentimlə, atamla danışdılar. Razılaşdıq və mən bu klubun futbolçusu oldum”, – deyə Mustafayev bildirib.
Emil Mustafayev 2021-ci ilin mayında “Aleksandriya”nın əsas komandasında debüt edib. Bu komandanın heyətində ümumilikdə 26 oyun keçirib, 4 qol vurub, 6 məhsuldar ötürmə edib.
Aut.az