Əliyar Ağayev yenə də Almaniyanın oyununa təyinat aldı
Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.
Aut.az xəbər verir ki, o, 3-cü tur çərçivəsində C qrupunda keçiriləcək İngiltərə – Almaniya görüşündə baş hakim olacaq. Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.
İyunun 28-də “Batumi Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika – Niderland (0:0) matçını idarə edib. 2-ci turda isə Çexiya-Almaniya oyununda 4-cü hakim funksiyasını yerinə yetirib.
