“El klasiko”da “Barselona”nın formasında bu məşhurun fotosu olacaq?
İspaniya çempionatının 35-ci turu çərçivəsində baş tutacaq “Barselona” – “Real Madrid” matçında futbolçuların köynəklərində məşhur pop ulduzu Teylor Sviftin fotosu görünə bilər.
Aut.az xəbər verir ki, bu barədə RAC 1 məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Barselona”nın musiqi axını xidməti olan “Spotify” ilə sponsorluq müqaviləsi çərçivəsində komandanın formalarında “Real”la son matçlar zamanı Coldplay, Rolling Stones və Dreyk kimi sənətçilər yer alıb. Amerikalı superulduzla müqavilənin hələ bağlanmadığı, lakin “son mərhələdə” olduğu qeyd edilir. Digər namizədlər arasında Ed Şiran və Travis Skott da var. Amma Teylor Svift “Barselona” oyunçularının formalarında görmək istədikləri müğənnidir.
Aut.az
