İspaniya

“Atletiko” ulduzu ilə yollarını ayırır

“Atletiko”nun hücumçusu Memfis Depay yay transfer pəncərəsində Madrid klubunu tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, Matratsniki rəhbərliyi 30 yaşlı niderlandlı futbolçu ilə müqavilənin avtomatik uzadılması variantından istifadə etməyəcək. Buna görə Depay azad agentə çevriləcək. O, növbəti mövsüm üçün yeni komanda axtaracaq.

Qeyd edək ki, Depay bu mövsüm “Atletko”nun heyətində 31 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az