Bu zədədən qurtulmaq üçün isti iqlim lazımdır: “Barsa”ya təklif olundu
“Çelsi”nin 24 yaşlı sağ cinah müdafiəçisi Ris Ceymsin agenti futbolçunun xidmətini “Barselona” və “Benfika”ya təklif edib.
Aut.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.
Mənbəyə görə, Ceymsin agenti onun təkrarlanan əzələ zədələrindən qurutlması isti iqlimə keçməsini planlaşdırır.
Bundan əlavə, 24 yaşlı müdafiəçi ilə işləyən fizioterapevtlər İspaniya və Portuqaliya çempionatlarında oyunun tempinin aşağı olduğunu qeyd edirlər ki, bu da zədə riskini azalda bilər.
“Çelsi”nin əsas komandasına qoşulandan bəri Ceyms bud dizlərindən yeddi zədə alıb. Ümumilikdə o, zədə səbəbindən London klubunun 129 matçını buraxıb.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
Aut.az
