Almaniya

“Bavariya”nın Noyer planı: Həm danışıq aparır, həm də…

“Bavariya” ilə qapıçı Manuel Noyer arasında müqavilənin uzadılması ilə bağlı ilk konkret danışıqlar bu il aparılmalıdır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkələrdə yazıb.

Bildirilir ki, Münhen nəhənginin 2026-cı ilin yayına qədər “Ştutqart”a icarəyə verdiyi Alexander Nübel hələ də Noyerin varisi hesab olunur.

“Bavariya” həmçinin “Köln”dən Conas Urbiq və “Brayton”dan Bart Verbruggenə də diqqət yetirir. Noyerin alman nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.

Aut.az