İspaniya

“Barselona”da ciddi itki

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqanın növbəti matçını buraxacaq.

Aut.az xəbər verir ki, qapıçı Almaniya millisinin düşərgəsindən zədəli qayıdıb. Onun belində ağrılar var

Buna görə La Liqanın 14-cü turunun “Rayo Valyekano” ilə matçını buraxacaq. Ter Ştegebub yerinə İqnasi Penya qapıda olacaq.

Qarşılaşmada noyabrın 25-də baş tutacaq.

Qeyd edək ki, bu mövsüm Ter Ştegen “Barsa”nın heyətində 17 oyun keçirib, 15 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.