Bellinqemlə Zidanı müqayisə etdi
“Real”ın Madridin baş məşqçisi Karlo Ançelotti maraqlı açıqlama berib.
Aut.az xəbər verir ki, komandanın oyunçusu Jude Bellinqhemi madridlilərin əfsanəsi Zinəddin Zidanla müqayisə edib:
“Onlar eynidir. Hər ikisinin inanılmaz keyfiyyəti var. Zidan texniki cəhətdən parlaq idi, Bellinqemin də meydanında gördüyü işdə inanılmazdır. Bunu çox az adam edə bilər”.
Xatırladaq ki, Bellinqem ötən ilin iyulunda Dortmund “Borussiya”sından 103 milyon avroya “Real”a transfer olunub Bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 28 matçda 20 qol vurub və 8 məhsuldar ötürmə edib.
