“Barselona” qərar verdi: O satılacaq
“Barselona” klubu Çempionlar Liqasındakı “İnter”ə məğlubiyyətdən sonra yetirməsi ilə yollarını ayırmağa qərar verib.
Aut.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Fermin Lopes artıq klub üçün toxunulmaz oyunçu sayılmır. Bu barədə “El Nacional” nəşrinin məlumat yayıb.
Bu mövsüm çıxışlarında ciddi eniş müşahidə olunan ispan futbolçunun “Barsa”nın gələcək planlarına daxil olmadığı və yay transfer dönəmində satılacağı qeyd olunur. Klub artıq futbolçu üçün təkliflər gözləyir.
Fermin Lopes bu mövsüm “Barselona”nın heyətində 42 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.
Aut.az
