İspaniya

Qoca yaşında elə məşq edir ki… – VİDEO

Hazırda komandasız qalan ispan müdafiəçi Serxio Ramos idman zalında özünü necə formada saxladığını göstərib.

Aut.az xəbər verir ki, futbol veteranı idman zalında güc proqramı ilə məşğul olduğu videonu paylaşıb. 37 yaşlı Ramos son iki mövsümdə PSJ-də çıxış edib, 58 oyunda 6 qol vurub və bir məhsuldar ötürmə edib. 2005-2021-ci illərdə Ramos “Real”da çıxış edib, müdafiəçi “Sevilya”nın yetirməsidir.