Ançelotti bunu bacaran ikinci məşqçi oldu – “Real”da
İspaniyada La Liqanın 20-ci turunun oyununda “Real” doğma meydanda “Las Palmas”ı 4:1 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti üçün bu qələbə onun “Los Blankos”un “sükanı arxasında” İspaniya çempionatında sayca 150-ci olub. İtaliyalı mütəxəssis klub tarixində bu həddə çatan ikinci məşqçi olub. Buna yalnız Migel Munyos nail olub.
La Liqa tarixindəki bütün məşqçilər arasında Ançelotti qələbə sayına görə 22-ci yerdədir. Lider Luis Araqonesdir – 344.
