İspaniya

Məşhur məşqçiyə xərçəng diaqnozu qoyuldu

 “Sevilya”nın sabiq baş məşqçi Xoakin Kaparrosa yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub.

Aut.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

“Sevilya” yoğun bağırsaq xərçəngi diaqnozu qoyulmuş fəxri prezidentimiz Xoakin Kaparrosa dərin dəstəyini bildirir . Ailəsinin, dostlarının və milyonlarla “Sevilya” azarkeşinin geniş dəstəyi ilə dəstəklənən sevimli keçmiş məşqçi artıq lazımi müalicəni alır. Dözümlü ol, Xoakin, biz səninləyik!”, – bəyanatda deyilir.

70 yaşlı Kaparros 2020-ci ildən 2022-ci ilə qədər Ermənistan milli komandasını çalışdırıb. O, əvvəllər “Əl Əhli”, “Osasuna”, “Qranada”, “Levante” və digər klublarda çalışıb.

Aut.az