İspaniya

Flik Reşforddan imtina edəcək: Əgər bu futbolçu alınsa

Markus Reşford “Barselona”da icarə əsasında çıxış edir, kataloniyalıların mövsümün sonunda ingilis futbolçunu transfer edə biləcəyi bəlli deyil.

Aut.az xəbər verir ki, “El Nacional” qəzetinin məlumatına görə, “Barselona”nın baş məşqçisi Hans-Dieter Flik istədiyi oyunçu transfer edərsə, Reşforddan imtina etməyə hazırdır.

Sözügedən oyunçu “Mançester Siti”dən olan Saviodur. Flik iddialara görə, braziliyalı oyunçunun onun sisteminə daha uyğun taktiki seçim olacağına inanır.

“Mançester Siti”nin 21 yaşlı futbolçusunun qiyməti 45 milyon avrodur.

Aut.az