“Barsa” Yamalla müqaviləni bu tarixə qədər uzatdı – Rəsmi
“Barselona” rəsmi saytında 17 yaşlı hücumçu Lamin Yamal ilə müqaviləni uzatdığını açıqlayıb.
Aut.az xəbər verir ki, yeni müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Bu mövsüm Yamal bütün turnirlərdə 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
Aut.az
