İspaniya

Xavini ittiham etdi: Mənə qarşı dürüst deyildi

PSV-nin müdafiəçisi Serginyo Dest “Barselona”nın keçmiş baş məşqçisi Xavi ilə Kataloniya komandasında işləməsindən danışıb.

Aut.az xəbər verir ki, Niderland millisinin üzvü ispaniyalı mütəxəssisi yalan danışmaqda ittiham edib:

“Xavi ilə meydanda imkanlarımın məhdud olduğunu hiss edirdim, mən özüm deyildim. Hücumda iştirak etmək istəyirdim, çünki bu, mənim əsas gücümdür. Amma məşqçi məndən irəli getməməyimi istədi.

Xavi mənə qarşı dürüst deyildi. Keçən yay tətilə getməzdən əvvəl dedi ki, “jurnalistlərə qulaq asma, sənə ehtiyacım var”. Mən qayıdanda isə o dedi: “Sən getməlisən”.

Aut.az