Boks

UFC Bakı: Nazim Sadıxov məğlub oldu

Bakıda “UFC Fight Night” turniri keçirilir.

Aut.az xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov  yarımorta çəkidə braziliyalı Mateus Kamilo ilə qarşılaşıb. Döyüş rəqibin qələbəsiylə başa çatıb.

Daha əvvəl Tahir Abdullayev braziliyalı Cefferson Nasimentoya, Fərman Həsənov isə amerikalı Erik Nolana qalib gəlib.

Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.